ESTETİK STOMATOLOGİYA


Müasir stomatoloji texnologiyalar nəinki hər hansı bir xəstəliyi müalicə etməyə, həm də hər bir insanın gülüşünü təbii cəhətdən çox gözəl və yaraşıqlı etməyə imkan verir, bu cəhətdən üçüncü minillikdə yaşayan insanların həqiqətən  bəxti gətirib. Estetik stomatologiya bu sahədə çox böyük rol oynayır. İndiki zamanda estetik stomatologiya mərkəzlərinə nəinki böyük şəhərlərdə hətta əyalət şəhərlərində də rast gəlmək olar.

Müasir estetik stomatologiya çoxsaylı metodika və texnologiyalara malikdir ki, hətta ən mürəkkəb situasiyalarda belə dişlərin köməyinə gəlir. Dişlərin rəngi və forması dəyişəndə, dişlərarası məsafə eybəcər görünürsə, köhnə qaralmış plombları dəyişmək lazımdırsa, sınıq , əyilmiş dişləriniz və həm də digər defektlər varsa estetik stomatologiya mərkəzinin təcrübəli mütəxəssislərinə müraciət etməniz məsləhət görülür.
 
Estetik stomatologiyanın istifadə etdiyi texnologiyaların ən çox tətbiq olunanı dişlərin işıqdan bərkiyən materiallar vasıtəsilə (lazer plombu) bərpasıdır. Belə materiallar dişlərin görünən tərəfindəki defektləri aradan qaldırmağa, əvvəlki rəngi, şəffaflığı və parlaqlığı qaytarmağa imkan verir. Bunun üçün indiki stomatoloq ən azı 30 rəng calarından ibarət işıqdan bərkiyən materiallara malikdir. Bu texnologiya çoxdan özünü yaxşı cəhətdən gostərdiyi üçün indi demək olar hər bir estetik stomatologiya mərkəzində tətbiq olunur. Estetik stomatologiya həm də öz texnologiyalarını təkmilləşdirir, vinirlərin (farfor qapaqların) tətbiqini bu kateqoriyaya aid etmək olar. Vinirlər təxminən dəftər vərəqi qalınlığinda olur.
Estetik stomatologiya vinirlərdən dişlərin ciddi zədələnməsi və digər defektlər zamanı istifadə edir. Farfor qapaq (plastinka) xüsusi sement vasitəsilə dişə ön tərəfdən yapışdırılır. Bunun sayəsində həm rəng həm də forma cəhətdən bütün problemlər həll olunur, çünki vinir, diş konturunun bütün eybəcərliklərini pərdələyir. Təcrübəli həkim həm də tədbir görür ki, vinirin rəngi dişin təbii rəngi ilə tam dəqiqliklə üst-üstə düşsün.
 
Müasir texnologiyalardan istifadə edən estetık stomatologiya buna imkan verir.
Əgər hər hansı bir səbəbdən vinirin tətbiqi mümkün deyilsə onda estetik stomatologiyada farfor keramikasından hazırlanmış koronkalardan istifadə edilir. Belə koronka yüngüllüyü və təbii görünüşü ilə fərqlənir, həm də təbii insan dişi kimi şəffafdır. Belə diş üçün həkim stomatoloqa bir necə dəfə baş çəkmək lazım gəlir. Əvvəl diş koronka üçün hazırlanır, sonra bu dişdən forma çıxarılır, daha sonra bu forma əsasında koronka hazırlanır, bu prosedurlardan sonra eybəcər dişin üstü yaraşıqlı keramika ilə örtülür. Belə dişin möhkəmliyi sizin təbii dişlərinizdən möhkəm olacaq, rəng caları isə sizin təbii dişləriinizdən fəqlənməyəcək.
Başqa sözlə desək indi hər bir kəs gözəl təbəssümə malik ola bilər.


Məqalə  aşağıdakı mənbələrdən müəyyən ixtisarlarla tərcümə  edilmişdir : http://www.stomatolog9.by/ https://www.startsmile.ru/ https://medi.spb.ru/ https://dentol.ru

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>