STOMATOLOGIYADA RENTGEN DIAQNOSTIKASI


Əgər dişlərimizi müasir səviyyəli texnonogiyaların tətbiqi ilə müalicə etmək istəyiriksə, onda müasir rentgen diaqnostikasına müraciət etməliyik. Rentgen təsviri müalicəyə qədər tam klinik vəziyyəti göstərir və həkimə konsultasiya zamanı dəqiq diaqnoz qoymağa kömək edir. Müalicəyəqədərki və müalicədən sonrakı rentgen təsvirləri alınmış nəticələri müqayisə etməyə pasientə təqdim etməyə imkan verir.


3D KOMPÜTER TOMOQRAFİYASI
Mürəkkəb cərrahiyyə əməliyyatları və ortopedik müalicələr zamanı mütəxəssislər müasir dental 3D tomoqraflardan istifadə edirlər. Bu tomoqraflarin panoramlı və istiqamətli (nişangahlı) kimi növləri mövcuddur.


OPTOPANTOMOQRAMMA — stomatoloq – terapevtin ilkin konsultasiyası panoram rentgen təsvirindən – ortopantomoqrammadan başlayır. Sonra müalicə təyin edilir və əgər lazım gələrsə təkrar diaqnostika edilir.


TELERENTGENOQRAFİYA — ortodontik müalicə planlaşdırılarkən, üz-çənə əməliyyatları, həm də diş-çənə anomaliyalarının korreksiyaları zamanı stomatoloqlar telerengenoqrammadan (kəllənin fas-qabaqdan və profil-kənardan proeksiyaları) istifadə edirlər.


RENTGEN DİAQNOSTİKASI ZAMANI TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
Klinikamızda rentgen diaqnostikası aparılarkən son nəsil lisenziyalı, dünyanin aparıcı firmalarının istehsalı olan apparat və cıhazlardan istifadə edilir. Belə rentgen diaqnostikası zamanı insan orqnizmi üçün təhlükəli olan şüa yükü ( şüanın intensivliyi) xüsusi müdafiə fartuklarının köməyi ilə minimuma endirilir: bu  şüalanmanın intensivliyini granit döşənmiş çay sahilindəki fon şüalanması ilə və ya uçuş zamanı sərnişin təyyarəsindəki  şüalanma ilə müqayisə etmək olar.


Məqalə  aşağıdakı mənbələrdən müəyyən ixtisarlarla tərcümə  edilmişdir : http://www.stomatolog9.by/ https://www.startsmile.ru/ https://medi.spb.ru/ https://dentol.ru/ Müəllif: R.Səmədov.

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>